"Xəzər bağları"nda baş verən yanğın söndürüldü

Əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını cəlb edilib

Sumqayıtda bu gün səhər saatlarında yanğın baş verib. Hadisə şəhərin "Xəzər bağları" yaşayış massivində qeydə alınıb.

Şəhər Yanğından Mühafizə İdarəsinə istinadla xəbər verilir ki, qamışlıq ərazidə başlayan yanğın 3000 kvadratmetr sahəni əhatə edib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Yanğın tam söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

AzNews.az