“Dizayn (sahələr üzrə)” ixtisası üzrə qabiliyyət imtahanının məzmunu ilə bağlı yeni qərar qəbul edilib “Dizayn (sahələr üzrə)” ixtisası üzrə qabiliyyət imtahanının məzmunu ilə bağlı yeni qərar qəbul edilib
  • Toplum
  • 1 Noyabr 2019 12:00
  •  2 072

Qabiliyyət imtahanlarındakı tələblər orta məktəb proqramından kənara çıxmamalıdır - Ekspertdən təklif

“Dizayn (sahələr üzrə)” ixtisası üzrə qabiliyyət imtahanının məzmunu ilə bağlı yeni qərar qəbul edilib

Bundan sonra “Dizayn (sahələr üzrə)” ixtisasına qəbul olmaq istəyən abituriyentlər yalnız Rəsm fənni üzrə qabiliyyət imtahanı verəcəklər.

AzNews.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov bu haqda məlumat yayıb.

O, qeyd edib ki, Dövlət İmtahan Mərkəzi xüsusi qabiliyyət tələb edən “Dizayn (sahələr üzrə)” ixtisası üzrə qabiliyyət imtahanının məzmunu ilə bağlı yeni, qərar qəbul edib.
“Dizayn (sahələr üzrə)” ixtisasına qəbul olmaq istəyən abituriyentlər yalnız Rəsm fənni üzrə qabiliyyət imtahanı verəcəklər.

“Əvvəllər isə abituriyentlər 3 fəndən (rəngkarlıq, kompozisiya, rəsm xətt) qabiliyyət imtahanı verirdilər. Deməli, kifayət qədər sadələşdirilib.
Yeniliyə görə qabiliyyət imtahanının yekun nəticəsi isə “məqbul”la qiymətləndirilir, əvvəl isə 10 ballıq şkala ilə qiymətləndirilirdi.
Abituriyentlərin yalnız Rəsm fənni üzrə qabiliyyət imtahanı vermələri ona görə yaxşıdır ki, onlar orta məktəbdə ancaq bu istiqamət üzrə bilik və bacarıqlara yiyələnirlər. Ümumiyyətlə qabiliyyət imtahanlarındakı tələblər orta məktəb proqramından və normativlərindən kənara çıxmamalıdır. Xüsusi ilə, həqiqətən qabiliyyət imtahanındakı şərtlərin, tələb və normativlərin orta məktəblərdə tədrisinin vəziyyətini qaldırmaq lazımdır.
Misal üçün, gələn il “Dizayn (sahələr üzrə)” ixtisasına qəbul olmaq istəyən abituriyentlər Rəsm və Kompozisiya fənləri üzrə qabiliyyət imtahanı verəcəklər və Rəsm fənni üzrə qabiliyyət imtahanında abituriyent gipsdən olan antik baş çəkiləcəkdir. Monitorinq apardım, sorğuda iştirak edən məktəblərin şagirdləri gipsdən olan antik başla orta məktəbldə tanış olmayıblar. Bunun üçün xüsusi hazırlıq lazımdır. Və ya Bədən tərbiyəsi üzrə normativlər 16-17 yaş üçün deyil. Normativlərin təsnifatında tələblər yaş kateqoriyasına görə xüsusi olsa da, DİM tərəfindən keçirilən bədən tərbiyəsi ixtisası üzrə qabiliyyət imtahanlarında tələblər ümumidir”.

Eksper qeyd edib ki, ona görə də xüsusi qabiliyyət tələb edən imtahanları daha da sadələşdirməliyik.

“Digər tərəfdən isə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Qərbi Kaspi Universitetinin, Xəzər Universitetinin, “Odlar Yurdu” Universitetinin, Azərbaycan Texnologiya Universitetinin “Dizayn (sahələr üzrə)” ixtisasına qəbul olmaq istəyən abituriyentlər yalnız bir qabiliyyət imtanı verirlər. Düşünürəm ki, bir imtahan ilə abituriyentlərin, 16-17 yaşlı uşaqların imkanlarını məhdudlaşdırmaq olmaz. Bu qədər universitet üçün bir imtahan azdır. Rəsm fənni üzrə qabiliyyət imtahanı ödənişli əsaslarla bir neçə dəfə olmalıdır ki, abituriyentlərin şansı artsın”.

Səidə Vahid

AzNews.az