O, özünə qəsd etmək fikrindən daşınıb O, özünə qəsd etmək fikrindən daşınıb
  • Toplum
  • 8 Noyabr 2019 09:53
  •  1 568

Sumqayıtda bir nəfər özünü pəncərədən atmaq istədi - FHN köməyə gəldi

O, özünə qəsd etmək fikrindən daşınıb

Sumqayıtda intihara cəhd hadisəsi baş verib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Sumqayıt şəhərində 1 nəfər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyib.

Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Bahar RÜSTƏMLİ

AzNews.az