Binanın birinci mərtəbəsi yanıb Binanın birinci mərtəbəsi yanıb
  • Toplum
  • 10 Noyabr 2019 10:12
  •  2 235

Pirallahıda yataqxana binasında yanğın olub

Binanın birinci mərtəbəsi yanıb

Bakı şəhərinin Pirallahı rayonunda ikimərtəbəli yataqxana binasının birinci mərtəbəsində yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 8 m² sahədə və dəhlizinin tavanı 4 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.