Uşağın bədənində ciddi qırıqların olduğu bildirilib Uşağın bədənində ciddi qırıqların olduğu bildirilib
  • Toplum
  • 12 Noyabr 2019 12:50
  •  1 471

12 yaşlı uşaq qonaq getdiyi evdə 3-cü mərtəbədən yıxıldı

Uşağın bədənində ciddi qırıqların olduğu bildirilib

Türkiyənin Konya şəhərinin Kulu bölgəsində ailəsi ilə birlikdə qonaq gedən uşaq 3-cü mərtəbədən düşərək ağır yaralanıb.

AzNews.az xəbər verir ki, hadisə Camikebir məhəlləsində baş verib.

Əldə edilən məlumata görə, ailəsi ilə birgə qonaq gedən 12 yaşlı suriyalı Hüseyin A. balkonda oynadığı zaman müvazinətini itirərək 3-cü mərtəbədən aşağı düşüb.

Ağır yaralanan uşaq təcili yardımla Kulu Dövlət xəstəxanasına yerləşdirilib. İlkin müdaxilədə uşağın bədənində ciddi qırıqların olduğu, başından travma aldığı bildirilib.

Olayla bağlı araşdırma aparılır.

Səidə Vahid

AzNews.az