İki nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə müraciət edib İki nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə müraciət edib
  • Toplum
  • 10 Dekabr 2019 10:58
  •  7 806

"EuroHome”da yanğını söndürmək üçün 3 helikopter havaya qalxdı - YENİLƏNİB

İki nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə müraciət edib

Tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq 5 briqada cəlb olunub.

AzNews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Saat 10:45-ə olan məlumata görə 6 nəfərə yerində yardım göstərilib, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.

10:16

Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin 3 helikopteri cəlb olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Əlavə məlumat veriləcək.

***

Tikinti bazarında baş verən yanğında iki nəfər zəhərlənib.

AzNews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq 5 briqada cəlb olunub.

Saat 09:50-yə olan məlumata görə 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

10:01

Səhiyyə Nazirliyi tikinti bazarında baş verən yanğın zamanı xəsarət alanların səhhətinə aydınlıq gətirib.

AzNews.az nazirliyə istinadən xəbər verir ki, Ekologiya postu kimi tanınan ərazidə tikinti materialları bazarında yanğın hadisəsi baş verməsi ilə bağlı məlumat saat 08:18-də daxil olub.

Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib.

Bahar RÜSTƏMLİ

AzNews.az

image description