Təkliflərin hazırlanması üç nazirliyə tapşırılıb Təkliflərin hazırlanması üç nazirliyə tapşırılıb
  • Toplum
  • 13 Fevral 2020 19:17
  •  4 622

Azərbaycanda minimum əməkhaqqı mərhələlərlə artırılacaq

Təkliflərin hazırlanması üç nazirliyə tapşırılıb

Azərbaycanda minimum əməkhaqqının mərhələlərlə artırılması nəzərdə tutulur.

AzNews.az xəbər verir ki, bu barədə “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda qeyd olunub.

Belə ki, layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflərin hazırlanması Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat və Maliyyə nazirliklərinə tapşırılıb.