Övladlığa götürmənin yol verilmədiyi hallar açıqlanıb. Övladlığa götürmənin yol verilmədiyi hallar açıqlanıb.
  • Toplum
  • 27 Fevral 2020 20:03
  •  4 666

Nikahı olmayanlar övladlığa uşaq götürə bilməyəcəklər

Övladlığa götürmənin yol verilmədiyi hallar açıqlanıb.

Övladlığa götürmənin yol verilmədiyi hallar açıqlanıb.

AzNews.az xəbər verir ki, Prezident İlham Əliyevin “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərmanında deyilir:

3.1. Ailə Məcəlləsinin 120.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda valideynnamizəd tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinə yol verilmir.

3.2. Ailə Məcəlləsinin 120.2-ci maddəsinə uyğun olaraq siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklərdən birinə tutulmuş valideyn-namizədin övladlığa uşaq götürməsinə yol verilmir.

3.3. Aralarında nikah olmayan şəxslərin birlikdə eyni uşağı övladlığa götürməsinə yol verilmir.

3.4. Ailə Məcəlləsinin 120.4-cü maddəsinə əsasən, nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yaxın qohumları olan uşağın övladlığa götürülməsi istisna olmaqla) tərəfindən uşaqların övladlığa götürülməsinə yol verilmir.