Bu sözləri Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkə hesabında yazıb. Bu sözləri Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkə hesabında yazıb.
  • Toplum
  • 8 Mart 2020 17:04
  •  5 234

“Tətilin 1 mayadək uzadılması məlumatı doğru deyil” - Rəsmi

Bu sözləri Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkə hesabında yazıb.

"Nazirlər Kabinetininin operativ Qərargahı adından Təhsil Nazirliyinin saytında güya məktəblərdə tətilin 1 mayadək uzadılması haqqında məlumat doğru deyil, yanlışdır".

AzNews.az-ın məlumatına görə, bu sözləri Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkə hesabında yazıb.

"Xahiş edirik, rəsmi xəbərlərə istinad edin", - deyə o əlavə edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən koronavirusa yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınıb.