İnsanların ünsiyyətini azaltmaq məqsədilə bu tədbirlərə əl atılıb İnsanların ünsiyyətini azaltmaq məqsədilə bu tədbirlərə əl atılıb
  • Toplum
  • 27 Mart 2020 17:09
  •  2 489

Rayonlararası giriş-çıxış qadağan edildi

İnsanların ünsiyyətini azaltmaq məqsədilə bu tədbirlərə əl atılıb

Azərbaycanda tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar bir rayondan digərinə giriş-çıxış məhdudlaşdırılıb.

AzNews.az xəbər verir ki, insanların ünsiyyətini azaltmaq məqsədilə bu tədbirlərə əl atılıb.

Qeyd olunur ki, artıq bu prosesə ötən gecədən start verilib. Daxili İşlər Nazirliyinin mətbuat xidməti də məlumatı təsdiqləyib.

Qeyd edək ki, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.