Məlumatı Azərbaycan Milli Elmlər Akademiyası yayıb Məlumatı Azərbaycan Milli Elmlər Akademiyası yayıb
  • Toplum
  • 31 Mart 2020 13:34
  •  2 293

Azərbaycanda dezinfeksiya işlərində drondan istifadə olunacaq

Məlumatı Azərbaycan Milli Elmlər Akademiyası yayıb

AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiyalar Parkı” MMC tərəfindən kənd təsərrüfatı sahələrinin dərmanlanması üçün hazırlanmış “Agrodrone” adlı dron yeni tip koronavirusa (COVID-19) qarşı dezinfeksiya işlərinin aparılmasına uyğunlaşdırılıb.

AzNews.az xəbər verir ki, drona quraşdırılmış çənlər və püskürtmə sistemi dezinfeksiyaedici məhlulu müəyyən hündürlükdən təyin edilmiş əraziyə çiləməyə imkan verir.

Sistemin inteqratoru AMEA-nın Yüksək Texnologiyalar Parkının digər rezidenti olan “Azeltech” MMC şirkətidir.