Mayın 2-də karantin qaydasını pozan 694 nəfər cərimə edilib Mayın 2-də karantin qaydasını pozan 694 nəfər cərimə edilib
  • Toplum
  • 4 May 2020 10:31
  •  2 302

Həftəsonu karantini pozanların sayı artıb

Mayın 2-də karantin qaydasını pozan 694 nəfər cərimə edilib

Respublika Dövlət Yol Polisi İdarəsi mayın 3-də, bazar günü xüsusi karantin rejimi qaydalarını pozanların sayını açıqlayıb.

AzNews.az-ın verdiyi xəbərə görə, xüsusi karantin rejiminin pozulmasına görə 3 may saat 00:00-dan mayın 4-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1049 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 47477 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, mayın 2-də karantin qaydasını pozan 694 nəfər cərimə edilib.