Səidə Novruzovanın qızı da eyni qəzada yaralanıb Səidə Novruzovanın qızı da eyni qəzada yaralanıb
  • Toplum
  • 24 May 2020 14:05
  •  3 163

Usubovun qəzaya düşən bacısı dünyasını dəyişdi

Səidə Novruzovanın qızı da eyni qəzada yaralanıb

Bir neçə gün əvvəl Gəncə şəhərində yol-nəqliyyat qəzası nəticəsində ağır xəsarət alan Baş Prokurorun sabiq birinci müavini Rüstəm Usubovun bacısı Səidə Novruzova vəfat edib.

AzNews.az Gununsesi.org-a istinadən xəbər verir ki, Mərkəzi Klinik Xəstəxananın Gəncədəki Korpusuna yerləşdirilən Səidə Novruzova bir neçə gün koma vəziyyətində qalıb.

Onu da qeyd edək ki, Səidə Novruzovanın qızı da eyni qəzada yaralanıb. Onun həyatı təhlükəsi yoxdur.

Allah rəhmət eləsin!