Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün ardıcıl tədbirlər görülür Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün ardıcıl tədbirlər görülür
  • Toplum
  • 27 May 2020 18:46
  •  2 235

Bu gün Rusiyadan daha 175 azərbaycanlı Vətənə gətirilir

Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün ardıcıl tədbirlər görülür

Moskvadan Azərbaycan vətəndaşlarının daha bir hissəsini Vətənə gətirən xüsusi təyyarə yerli vaxtla saat 12:50-də (Bakı vaxtı ilə saat 13:50-də) havaya qalxıb.

AzNews.az “Report”a istinadən xəbər verir ki, təyyarədə 175 nəfər var.

Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün ardıcıl tədbirlər görülür. O cümlədən hazırda Rusiyada yaşayan və evegedirem.info saytında qeydiyyatdan keçən vətəndaşlar vətənə yola düşəcəkləri gün və saat barədə telefon zəngi və ya SMS vasitəsilə xəbərdar ediləcəklər.