- Toplum
- 29 May 2020 14:36
- 3 245
Sabah küçəyə çıxmamaq tövsiyə olunur

Gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
Sabah səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki 300-dən artıq əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Paytaxtın kommunal strukturlarından AzNews.az-a daxil olan məlumata görə, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.