Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib
  • Toplum
  • 29 May 2020 21:04
  •  5 587

İctimai iaşə müəssisələrində karantin rejiminə nəzarət edən məsul şəxs olmalıdır

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib

“İctimai iaşə müəssisələrində karantin rejiminə nəzarət edən bir məsul şəxs olmalıdır. Bu, tibbi-metodiki göstərişlərdə nəzərdə tutulur”.

AzNews.a-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, taksidə də sürücü karantin rejiminin tələblərinə riayət edilməsinə görə məsuliyyət daşıyır.

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı da deyib ki, ictimai iaşə müəssisələri və oradakı vətəndaşlar - hər ikisi qaydaların pozulmasına görə məsuliyyət daşıyır.

R. Bayramlı bildirib hüquq-mühafizə orqanları, digər məsul qurumlar cərimələrin tətbiqini həyata keçirəcək.