Bu barədə məlumatı Təhsil Nazirliyinin nümayəndəsi Anar Mirzəzadə verib Bu barədə məlumatı Təhsil Nazirliyinin nümayəndəsi Anar Mirzəzadə verib
  • Toplum
  • 2 İyun 2020 18:23
  •  2 064

Narazı şagirdlər avqustda yenidən qiymətləndiriləcək

Bu barədə məlumatı Təhsil Nazirliyinin nümayəndəsi Anar Mirzəzadə verib

“Qiymətləndirilməyən və ya illik qiyməti ilə razılaşmayan 5-8 və 10-cu sinif şagirdləri oxuduğu məktəbə müraciət edərək yenidən qiymətləndirmədə iştirak etməlidir”.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin nümayəndəsi Anar Mirzəzadə verib. O bildirib ki, avqust ayının 19-20-si aralığında sözügedən şagirdlərin biliyi qiymətləndiriləcək:

“Həmin qiymətlərə əsasən onların illik qiyməti müəyyən edilir. İllik qiymət əsasında həmin şagirdlər yerdəyişmə prosesində iştirak edə, oxuduqları məktəbi dəyişə bilərlər”.