Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb
  • Toplum
  • 22 İyun 2020 19:46
  •  2 723

ABŞ Azərbaycana yardım göndərib

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer və USAID Azərbaycandakı missiyasının direktoru Cey Sinqx Azərbaycan Qızıl Aypara cəmiyyətinin Bakıda yerləşən anbarına baş çəkərək orada USAID tərəfindən maliyyələşdirilən gigiyena əşyalarının paylanması üçün görülən hazırlıq işlərini nəzərdən keçiriblər.

AzNews.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“Bu bağlamalar Qızıl Aypara Cəmiyyətinin könüllüləri tərəfindən Bakıda və 14 digər rayonda 3,600-dən çox insanı əhatə edən 600 ailəyə çatdırılacaq. Bu yardım ABŞ-ın COVID-19 pandemiyasına qarşı qlobal cavab tədbirlərinin bir hissəsi olaraq Amerika xalqının səxavəti sayəsində mümkün olub. Pandemiyanın təsirinə məruz qalan insanlara dəstək göstəməkdə tərəfdaşlıqlarına görə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına, Azərbaycan Qızıl Aypara Cəmiyyətinə və UNICEF-ə təşəkkürlər”, - məlumatda bildirilib.