Bu il Qurban bayramı 31 iyul və 1 avqusta təsadüf edir Bu il Qurban bayramı 31 iyul və 1 avqusta təsadüf edir
  • Toplum
  • 1 İyul 2020 22:11
  •  3 763

Qurban bayramında 4 gün iş olmayacaq

Bu il Qurban bayramı 31 iyul və 1 avqusta təsadüf edir

Qurban bayramında 4 gün iş olmayacaq.

AzNews.az-ın məlumatına görə, bu il Qurban bayramı 31 iyul və 1 avqusta təsadüf edir.

Bu, Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamında öz əksini tapıb.

Lakin 1 avqust şənbə gününə təsadüf edir. Belə olan halda isə, Əmək Məcəlləsinə əsasən, 3 avqust - bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi isə qeyri-iş günü olacaq.