“Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun bəzi məsələləri barədə” 227 nömrəli qərara dəyişiklik edib “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun bəzi məsələləri barədə” 227 nömrəli qərara dəyişiklik edib
  • Toplum
  • 16 İyul 2020 12:40
  •  4 130

Baş Nazirdən “Yanar dağ” Qoruğu ilə bağlı QƏRAR

“Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun bəzi məsələləri barədə” 227 nömrəli qərara dəyişiklik edib

Nazirlər Kabineti “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədini və mühafizə zonasını əks etdirən xəritənin təsdiq edilməsi və “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun bəzi məsələləri barədə” 227 nömrəli qərara dəyişiklik edib.

AzNews.az xəbər verir ki, bu barədə qərarı iyulun 14-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov imzalayıb.

Qərara əsasən, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədini və mühafizə zonasını əks etdirən xəritə təsdiq edilib.

Xəritədə qoruğun ərazisinə daxil edilmiş qeyri-dövlət mülkiyyətində olan torpaqların mülkiyyətçilərin razılığı ilə Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş dövlət vəsaiti hesabına satın alınması təmin ediləcək.

Səidə Vahid

AzNews.az