"Saçımı kəsdirmişəm və sizin qabağınıza çıxmışam" "Saçımı kəsdirmişəm və sizin qabağınıza çıxmışam"
  • Toplum
  • 20 İyul 2020 18:37
  •  2 195

“Bərbərxanaların açılmasının bariz nümunəsiyəm”

"Saçımı kəsdirmişəm və sizin qabağınıza çıxmışam"

“Son günlər yoluxanların sayı azalıb. Bu, xalqımızın çəkdiyi əziyyətin nəticəsidir”.

AzNews.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov brifinqdə deyib.

O qeyd edib ki, evdə oturmaq çətindir: “Bu azalma tendensiyası ümid edirik ki, davam edəcək. Bu da bizə imkan verəcək ki, daha çox açılmaya gedək. Daha bir neçə sahələrdə də açılış mümkün olacaq. Ancaq bu, o demək deyil ki, biz koronavirusa qalib gəlmişik.

Bilirsiniz, bərbərxanalar açılıb. Mən də bariz nümunəyəm ki, saçımı kəsdirmişəm və sizin qabağınıza çıxmışam.

Ancaq yoluxanların sayının azalması o demək deyil ki, biz qaydalara əməl etməyək. Qaydalara əməl edilməlidir ki, bundan sonra yenidən sərt karantinə getməyək”.