Əvvəl Həzi Aslanovun adına olmayıb Əvvəl Həzi Aslanovun adına olmayıb
  • Toplum
  • 6 Avqust 2020 10:00
  •  3 713

Generalın adı verilən küçəylə bağlı RƏSMİ AÇIQLAMA

Əvvəl Həzi Aslanovun adına olmayıb

Şəhid general-mayor Polad Həşimovun Qəbələdə ikinci ən böyük küçəyə adının verilməsi bir sıra KİV-lərdə yanlış şəkildə işıqlandırılıb.

AzNews.az-ın məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat katibi Ceyhun Əsgərov deyib.

O, Polad Həşimovun adının verildiyi küçənin əvvəlki adının Həzi Aslanov olmadığını bildirib: "Bir sıra KİV-lər məlumat yayıb ki, küçənin əvvəlki adı Həzi Aslanov olub. Bu səhv məlumatdır. Şəhid general-mayor Polad Həşimovun adı İsmayıl Bəy Qutqaşınlı küçəsinin bir hissəsinə verilib".

image description image description image description image description