Buraxılış imtahanlarında Buraxılış imtahanlarında
  • Toplum
  • 13 Avqust 2020 13:15
  •  2 467

DİM: İndiyədək 3 nəfər maksimal bal toplayıb

Buraxılış imtahanlarında

Azərbaycanda 11-ci siniflər üçün indiyədək keçirilən buraxılış imtahanlarında 3 nəfər 300 bal toplayaraq, maksimal nəticə əldə edib.

Dövlət İmtahan Mərkəzindən AzNews.az-a verilən məlumata görə, həmin abituriyentlərin ikisi Xırdalan şəhər orta məktəb məzunlarıdırlar.

İmtahanda maksimal nəticə göstərən məzunlar Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin cari il məzunu Orucova Balaqız, Xırdalan şəhər 1 saylı orta məktəbin cari il məzunu Hüseyn Abdullayev və Lənkəran şəhər 10 saylı tam orta məktəbin ötənilki məzunu Mirənvər İsmayılzadədir.