• Toplum
  • 18 Avqust 2020 21:09
  •  865

Prezidentin köməkçiləri Ərtoğrulla görüşdü

“Çox dəyərli Şahmar müəllim və Hikmət müəllimlə görüşümüz baş tutdu"

Operativ Qərargahın brifinqi ilə bağlı hazırladığı videoları ilə geniş tamaşaçı kütləsi toplayan aktyor və rejissor Ərtoğrul Kamalov Azərbaycan Respublikası Prezidentinin köməkçiləri – Şahmar Mövsümov və Hikmət Hacıyevlə görüşüb.

AzNews.az bildirir ki, bu barədə o, feysbuk hesabında yazıb:

“Çox dəyərli Şahmar müəllim və Hikmət müəllimlə görüşümüz baş tutdu. Mənim üçün qürurverici anlar idi. Səmimiyyətləri isə tamam başqa idi. Var olun, ölkəmizin dəyərli oğulları. Allah sizi qorusun. Nə yaxşı ki, sizi şəxsən tanıdım, nə yaxşı ki, varsınız. Şahmar müəllim də, Hikmət müəllim də videolarımı çox bəyəndiklərini və davam etməyimi istədilər”.

Xatırladaq ki, Prezidentin köməkçisi Hikmət Hacıyev avqustun 15-də Operativ Qərargahın brifinqində Ərtoğrul Kamalovun fəaliyyətini yüksək qiymətləndirdiklərini qeyd etmiş və onu Prezident Administrasiyasına (PA) görüşə dəvət etmişdi.