"Ucqar kəndlərdə bu imkanlar daha məhduddur" "Ucqar kəndlərdə bu imkanlar daha məhduddur"
  • Toplum
  • 28 Avqust 2020 22:26
  •  3 409

Nazir onlayn dərs problemindən danışdı

"Ucqar kəndlərdə bu imkanlar daha məhduddur"

“Pandemiya dövrünün üzə çıxardığı məsələlərdən biri distant təhsildir. Təbii ki, bu bizim üçün ənənəvi sahə deyil. Pandemiya olmasaydı, bu səviyyədə distant təhsilə ehtiyac yaranmayacaqdı”.

AzNews.az xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan “Hədəf” verilişində deyib:

“Distant təhsilin internetə çıxış imkanları, müxtəlif cihazlara sahib olmaq kimi özünəməxsus tələbləri var.

Təhsil Nazirliyi bu məlumatları araşdırır. Şəhər yerlərində daha yuxarı internetə çıxış imkanları var, ucqar kəndlərdə isə bu imkanlar daha məhduddur.

Teledərslər seçiminin edilməsi bu məntiqə əsaslanırdı və ilk gündən proqnozumuz ondan ibarət idi ki, verilmiş şəraitdə 1 milyon 600 min şagirdi, üstəlik 200 min müəllimi vahid bir platformada internetə qoşaraq onlayn təhsili təşkil etmək çətin olacaq. Məhz bu səbəbdən Dövlət Televiziyasında teledərslər layihəsinə start verdik. Çünki hər bir evdə televizor var. Bu minimumdur və bunun olması çox yaxşıdır.

Təbii ki, teledərslərin ən böyük çatışmazlığı interaktivliyin təmin edilməməsidir.

Öyrənmə xüsusiyyətlərinə gəldikdə, 6 yaşlı uşaqla 21 yaşlı tələbəni eyni tutmamalıyıq. Başa düşürük, burada çətinliklər var, amma bu çətinlikləri birlikdə həll edə bilərik.

Bölgələrdə olan rayon mərkəzlərində hansısa çıxış imkanlarını yaradaraq tələbələrin oradan dərsləri dinləmələri ilə bağlı təşəbbüslər var, bunun üzərində işləyirik. Həmçinin, belə bir təşəbbüs də var ki, dərslər çəkilsin sonra göstərilsin”.