SORĞU SORĞU
  • Toplum
  • 2 Sentyabr 2020 12:30
  •  6 283

Azərbaycan vətəndaşlarının 90.8%-i Prezidentə tam etibar edir

SORĞU

Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatı çap edilib.

Hesabat 2020-ci ilin ikinci rübünü - aprel-iyun aylarını əhatə edir.
Respodentlərin Azərbaycan Prezidentinə və hakimiyyətin hər üç qoluna ( qanunverici, məhkəmə və icraedici) münasibətini öyrənmək məqsədilə bu qurumlara etibarlılıq öyrənilib. Belə ki, respodentlərin mütləq əksəriyyəti Prezident İlham Əliyevə etibar etdiyini bildirib. Prezidentə “tam etibar edirəm” deyənlər respodentlərin mütləq çoxluğunu (90,8%) təşkil edir.

Bundan əlavə, respodentlərin mütləq əksəriyyəti tərəfindən ölkə başçısının ordu quruculuğu və silahlı qüvvələrin modernləşdirilməsi (96%) və xarici siyasət (95%) sahəsindəki fəaliyyəti yüksək qiymətləndirilib.

Ümumilikdə isə respodentlərin mütləq əksəriyyəti (92,8%) ictimai qınağa səbəb olan hadisələrə Prezidentin reaksiyasından razıdır.

Respodentlərin mütləq əksəriyyəti (95,2%) Prezident tərəfindən icra başçılarının vəzifədən azad olunmasında ictimai rəyin olması fikrindədir.

Bundan əlavə, respodentlərin mütləq əksəriyyəti (94,2%) Prezidentin öz sadəliyi və təvazökarlığı ilə məmurlara örnək olması fikrindədir.

AzNews.az