Nazirlər Kabineti qərar verib Nazirlər Kabineti qərar verib
  • Toplum
  • 9 Sentyabr 2020 14:00
  •  3 233

Məktəbəqədər təhsil müəssisələrində tədris bərpa olunur

Nazirlər Kabineti qərar verib

“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.

Nazirlər Kabinetindən AzNews.az-a verilən məlumata görə, dəyişikliyə əsasən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində – təhsil oktyabrın 1-dən, ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində isə sentyabrın 15-dən başlayacaq.

Bu Qərar 2020-ci il noyabrın 2-dək qüvvədədir.