Həmin vaxta kimi ərizələrini təsdiq etməyənlər müsabiqədə iştirak edə bilməyəcəklər Həmin vaxta kimi ərizələrini təsdiq etməyənlər müsabiqədə iştirak edə bilməyəcəklər
  • Toplum
  • 20 Sentyabr 2020 20:08
  •  3 771

İxtisas seçiminin vaxtı uzadıldı

Həmin vaxta kimi ərizələrini təsdiq etməyənlər müsabiqədə iştirak edə bilməyəcəklər

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin vaxtı 21 sentyabr saat 10:00-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) AzNews.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək istəyən, lakin ixtisas seçimi etməyən abituriyentlər və subbakalavrlar 21 sentyabr saat 10:00-dək ixtisas seçimi ərizələrini təsdiq edə bilərlər. Həmin vaxta kimi ərizələrini təsdiq etməyənlər müsabiqədə iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, bu vaxta kimi 900-dən artıq abituriyent (subbakalavr) ixtisas seçimi etsə də, öz ərizələrini təsdiq etməyib. DİM tərəfindən həmin şəxslər SMS vasitəsilə məlumatlandırılıb.

Qeyd edək ki, DİM bundan öncə ixtisas seçiminin bu gün - 20 sentyabr saat 23:59-da başa çatacağı barədə məlumat yaymışdı.