Livan, Suriya kimi müxtəlif ölkələrdən terrorçular Azərbaycanın işğal edilmiş ərazilərinə cəmləşdirilir Livan, Suriya kimi müxtəlif ölkələrdən terrorçular Azərbaycanın işğal edilmiş ərazilərinə cəmləşdirilir
  • Toplum
  • 3 Oktyabr 2020 19:17
  •  2 593

Qətərdəki Azərbaycan icması bəyanat yayıb

Livan, Suriya kimi müxtəlif ölkələrdən terrorçular Azərbaycanın işğal edilmiş ərazilərinə cəmləşdirilir

Bəyanatda 27 Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması, təxribatlarını hələ də davam etdirməsi kəskin şəkildə pislənilib.

AzNews.az xəbər verir ki, bəyanatda bildirilib ki, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə mülki əhalini və obyektləri qəsdən atəşə tutması nəticəsində mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar var, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib. Ermənistan silahlı qüvvələri mülki əhalini qəsdən hədəfə alır və bu beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının kobud surətdə pozulmasının bariz göstəricisidir.

“30 ilə yaxındır ki, Ermənistanın Azərbaycan ərazilərini işğal al­tında saxlaması və Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlar törətməsi bir daha Ermənistanın işğalçı dövlət olmasını və münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlı olmadığını təsdiqləyir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006-cı və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə, BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərinə məhəl qoymayan Ermənistan işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşdırmalar aparır. Livan, Suriya kimi müxtəlif ölkələrdən terrorçular Azərbaycanın işğal edilmiş ərazilərinə cəmləşdirilir. Regionda sülh və sabitliyin təmin olunması üçün dünya dövlətləri, beynəlxalq təşkilatlar Ermənistan dövlətinə işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməsi üçün təsir göstərməlidir”-deyə bəyanatda qeyd olunub.