• Toplum
  • 11 Oktyabr 2020 15:09
  •  872

Sabah 26 dərəcə isti və yağış gözlənilir

Dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq

Oktyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AzNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-16, gündüz 19-23, Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 22-26, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq.