Avtobusların vaxtında təyinat yerinə çatması üçün onların maneəsiz hərəkəti olduqca zəruridir Avtobusların vaxtında təyinat yerinə çatması üçün onların maneəsiz hərəkəti olduqca zəruridir
  • Toplum
  • 20 Oktyabr 2020 19:56
  •  3 787

Bakıda tıxaca görə əlavə 100 avtobus cəlb olundu

Avtobusların vaxtında təyinat yerinə çatması üçün onların maneəsiz hərəkəti olduqca zəruridir

“Axşam pik saatlarında sərnişin tələbatının qarşılanması üçün şəhərin müxtəlif ərazilərində 100 ədədə yaxın ehtiyat avtobus cəlb olunub. Zərurət olduqca onlar daşımalara cəlb olunacaq”.

AzNews.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib. O qeyd edib ki, avtobuslarla daşımaların əhəmiyyətini nəzərə alaraq Mərkəzləşdirilmiş Vahid Dispetçer Mərkəzi ərazidə çalışan mobil qruplarla birgə çalışır.

“Lakin bir daha qeyd edirik ki, avtobusların vaxtında təyinat yerinə çatması üçün onların maneəsiz hərəkəti olduqca zəruridir. Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşmalarını xahiş edirik”, - deyə M. Ağayev qeyd edib.