Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib
  • Toplum
  • 23 Oktyabr 2020 21:06
  •  3 327

Hava ilə bağlı xəbərdarlıq

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Oktyabrın 24-ü gün ərzində Bakı və Abşeron yarımadasında cənub-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə AzNews.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, sabah Azərbaycanın rayonlarında, əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin əsəcəyi, küləyin sürətinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.