Məqsəd övqəladə vəziyyətdə olan ölkələr arasında əməkdaşlığı gücləndirməkdir Məqsəd övqəladə vəziyyətdə olan ölkələr arasında əməkdaşlığı gücləndirməkdir
  • Toplum
  • 31 Oktyabr 2020 16:10
  •  2 843

“Azərbaycan bu “virus”u koronavirusdan əvvəl məğlub edəcək”

Məqsəd övqəladə vəziyyətdə olan ölkələr arasında əməkdaşlığı gücləndirməkdir

Azərbaycan Səhiyyə nazirinin müavini Elsevər Ağayev Türk Şurası Sağlamlıq Elmi Heyətinin İstanbulda keçirilən dördüncü toplantısında iştirak edib.

AzNews.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Elsevər Ağayev tədbir zamanı çıxışında Azərbaycanın pandemiya ilə mübarizədə ilk gündən ÜST ilə səmərəli əməkdaşlıq etdiyini bildirib.

Ağayev bildirib ki, bugünkü iclasın məqsədi milli səviyyədə atılan addımlar barədə təcrübə mübadiləsi aparmaq, lazım gəldikdə bir-birimizə dəstək olmaq və fövqəladə vəziyyətdə olan ölkələr arasında əməkdaşlığı gücləndirməkdir.

Ermənistanın hücumlarına vurğu edən Ağayev, dünyanın koronavirusla mübarizə apardığı bir dövrdə Azərbaycanın da "digər viruslarla" mübarizə apardığını bildirib. "Düşünürəm ki, Azərbaycan bu virusu koronavirusdan əvvəl məğlub edəcək",-deyə Ağayev qeyd edib.