Belə ki, rayonda yoluxma 14.6 faiz təşkil edir Belə ki, rayonda yoluxma 14.6 faiz təşkil edir
  • Toplum
  • 8 Noyabr 2020 15:22
  •  2 054

Bakıda ən çox yoluxma yenə Binəqədidədir

Belə ki, rayonda yoluxma 14.6 faiz təşkil edir

Azərbaycanda koronavirus pandemiyasının yayılması və aşkarlanması ilə bağlı son statistika açıqlanıb.

AzNews.az-ın koronavirusinfo.az saytına istinadən verdiyi xəbərə görə, paytaxt rayonları üzrə bu dəfə də ən çox yoluxma Binəqədi rayonunda qeydə alınıb. Belə ki, rayonda yoluxma 14.6 faiz təşkil edir.

Xətaidə 12.8 faiz, Yasamalda 11.5 faiz, Sabunçuda 11.4 faiz, Nəsimidə 8.4 faiz, Nərimanovda 8.0 faiz, Suraxanıda 8.2 faiz, Nizamidə 7.3 faiz, Qaradağda 6.5 faiz, Xəzərdə 6.2 faiz, Səbaildə 4.8 faiz, Pirallahı rayonunda isə 0.3 faiz təşkil edib.