Görülən bu işlər mütəmadi davam etdiriləcəkdir Görülən bu işlər mütəmadi davam etdiriləcəkdir
  • Toplum
  • 28 Noyabr 2020 20:49
  •  2 231

Bakıda 550 küçə dezinfeksiya edildi

Görülən bu işlər mütəmadi davam etdiriləcəkdir

Son günlərdə koronavirusa (COVID-19) yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq, bu gün Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazilərdəki əsas küçə, prospekt və yollarda artıq 17-ci dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 550 küçə dezinfeksiya olunub.

BŞİH-dən AzNews.az-a bildirilib ki, görülən bu işlər mütəmadi davam etdiriləcəkdir.

Vətəndaşlardan bir daha xahiş olunur ki, koronovirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.