Türkiyə mütəxəssisləri Azərbaycan hərbçiləri üçün təlimlərdə iştirak edirlər Türkiyə mütəxəssisləri Azərbaycan hərbçiləri üçün təlimlərdə iştirak edirlər
  • Toplum
  • 6 Dekabr 2020 15:27
  •  3 305

"Azərbaycanın ədalətli mübarizəsinə sonra da dəstək verməyə hazırıq" - Türkiyə MN

Türkiyə mütəxəssisləri Azərbaycan hərbçiləri üçün təlimlərdə iştirak edirlər

Dağlıq Qarabağda atəşkəsə Nəzarət üzrə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasına hazırlıqlar tam sürətlə davam edir.

AzNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Şəbnəm Aktop bildirib.

Onun sözlərinə görə, Türkiyə mütəxəssisləri Ermənistan silahlı qüvvələrinin bölmələrindən azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsində Azərbaycan Ordusuna kömək edirlər.

"Türkiyə mütəxəssisləri Azərbaycan hərbçiləri üçün təlimlərdə iştirak edirlər. Türkiyə sonra da Azərbaycan xalqının ədalətli mübarizəsinə dəstək verməyə hazırdır", - Aktop bildirib.