Həmin şəxslər barəsində Rayon Polis Şöbələrində cinayət işi başlanılıb Həmin şəxslər barəsində Rayon Polis Şöbələrində cinayət işi başlanılıb
  • Toplum
  • 12 Dekabr 2020 13:46
  •  3 510

Evdən çıxan üç COVİD-19 xəstəsi saxlanıldı

Həmin şəxslər barəsində Rayon Polis Şöbələrində cinayət işi başlanılıb

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, rayonun Böyük Əmili kənd sakini Y.Məhərrəmov virusun daşıyıcısı olduğunu bilə-bilə yaşadığı ünvanı tərk edərək idarə etdiyi avtomobillə taksi fəaliyyəti ilə məşğul olmağa cəhd edib. Onun olduğu yer müəyyən olunub və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana göndərilib.

Oğuzda da koronavirus infeksiyasına yoluxan şəxsin yaşadığı ünvanı tərk etməsi barədə Polis Şöbəsinə məlumat daxil olub. Rayon sakini C.Əsədovaya ev şəraitində müalicə təyin olunsa da o, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. C.Əsədova şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və həkim briqadasının da iştirakı ilə evinə qaytarılıb.

Həmin şəxslər barəsində Rayon Polis Şöbələrində cinayət işi başlanılıb.

Həmçinin, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Sərkar kənd sakini, Elnur Şıxaliyevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk edərək Gəncə şəhərinə getməsi müəyyən edilib.

Polis əməkdaşları dərhal onun yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvana göndərib. Faktla bağlı araşdırmalar davam etdirilir.