"Ölkəmiz GAVİ tərəfindən təsis edilmiş quruma qoşulub" "Ölkəmiz GAVİ tərəfindən təsis edilmiş quruma qoşulub"
  • Toplum
  • 15 Dekabr 2020 15:45
  •  1 774

Azərbaycan vaksin almağa hazırlaşır

"Ölkəmiz GAVİ tərəfindən təsis edilmiş quruma qoşulub"

“Artıq virusa qarşı peyvənd hazırlanıb və bəzi ölkələrdə də tətbiqinə başlanılıb”.

AzNews.az xəbər verir ki, bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində Səhiyyə Nazirinin müavini Viktor Qasımov deyib.

“Bizim ölkədə də bununla bağlı kifayət qədər hazırlar işləri aparılıb və müvafiq işlər görülür. Ölkəmiz GAVİ tərəfindən təsis edilmiş quruma qoşulub. Əgər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müsbət rəy verilərsə, bu qurumdan vaksin alınması məsələsi nəzərdə tutulub ”, - o bildirib.