• Toplum
  • 16 Dekabr 2020 13:00
  •  133

Bakıda avtomobillər toqquşub

Ölən var

Bakıda yol qəzası baş verib.

Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 15-i saat 11 radələrində paytaxtın Nəsimi rayonu ərazisində şəhər sakinləri Emil Həşimovun idarə etdiyi “Renault” və Z.Şərifovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə E.Həşimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.