Milli qiymətləndirmədə iştirak edə bilməyən, xəbərsiz olan və ya iştirak edib sonda cavablarını təsdiq edə bilməyənlər üçün növbəti ildə yeni qiymətləndirmə təşkil olunacaq Milli qiymətləndirmədə iştirak edə bilməyən, xəbərsiz olan və ya iştirak edib sonda cavablarını təsdiq edə bilməyənlər üçün növbəti ildə yeni qiymətləndirmə təşkil olunacaq
  • Toplum
  • 21 Dekabr 2020 19:23
  •  3 746

Təhsil Nazirliyindən milli qiymətləndirmə ilə bağlı açıqlama

Milli qiymətləndirmədə iştirak edə bilməyən, xəbərsiz olan və ya iştirak edib sonda cavablarını təsdiq edə bilməyənlər üçün növbəti ildə yeni qiymətləndirmə təşkil olunacaq

“Bu şagirdlərin fərdi qiymətləndirməsi deyil, dövlət təhsil standartlarının qiymətləndirilməsidir. Biz öyrənmək istəyirik ki, şagirdlərin təhsil almasına hansı problemlər təsir edir. Milli qiymətləndirmədə iştirak edə bilməyən, xəbərsiz olan və ya iştirak edib sonda cavablarını təsdiq edə bilməyənlər üçün növbəti ildə yeni qiymətləndirmə təşkil olunacaq”.

AzNews.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə “Virtual məktəb”də dekabrın 19-da IV, VI və IX sinif şagirdləri arasında keçirilən milli qiymətləndirmənin nəticələrinin müzakirəsi zamanı deyib.

O həmçinin qeyd edib ki, valideynlər məktəbdaxili milli qiymətləndirmə zamanı övladlarına kömək etməyə çalışmamalıdırlar. Çünki bu, real nəticələri görməyimizə mane olur, eyni zamanda şagirdin şəxsiyyət kimi formalaşmasında problemlər yaradır.