Məktəb direktoruna sonuncu xəbərdarlıq edilib Məktəb direktoruna sonuncu xəbərdarlıq edilib
  • Toplum
  • 22 Dekabr 2020 20:23
  •  5 267

Nazir özünə ad günü keçirən direktora şiddətli töhmət verdi - Video

Məktəb direktoruna sonuncu xəbərdarlıq edilib

Təhsil naziri Emin Əmrullayev karantin rejimini kobud şəkildə pozaraq özünə dəbdəbəli ad günü keçirən 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovaya şiddətli töhmət verib.

Bu barədə AzNews.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Məlumata görə, məktəb direktoruna sonuncu xəbərdarlıq edilib.

Qeyd edək ki, Nailə Məmmədovanın ad gününü əks etdirən video sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən etirazla qarşılanıb.