Sənəd qəbulunun müddəti 15 yanvar 2021-ci il saat 23:59-dək uzadılıb Sənəd qəbulunun müddəti 15 yanvar 2021-ci il saat 23:59-dək uzadılıb
  • Toplum
  • 25 Dekabr 2020 18:06
  •  3 094

Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulunun müddəti uzadıldı

Sənəd qəbulunun müddəti 15 yanvar 2021-ci il saat 23:59-dək uzadılıb

Xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş 2021-ci il yaz semestri üçün sənəd qəbulunun müddəti uzadılıb.

Təhsil Nazirliyindən AzNews.az-a verilən məlumata görə, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti 15 yanvar 2021-ci il saat 23:59-dək uzadılıb.