Fərhad Molla-zadə ilə Səlim Əlizadə ev dustaqlığına buraxıldı

Həbs qətimkan tədbiri ləğv edilib

Səbail Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri - Fərhad Molla-zadə və Səlim Əlizadənin barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətlərə baxılıb.

AzNews.az xəbər verir ki, hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə hər iki şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və onlar ev dustaqlığına buraxılıblar.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Fərhad Molla-zadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.