Bu barədə mərhumun oğlu İlham Quliyev məlumat verib Bu barədə mərhumun oğlu İlham Quliyev məlumat verib
  • Toplum
  • 22 Yanvar 2021 18:00
  •  3 525

Şahbaz Quliyevin anası vəfat etdi

Bu barədə mərhumun oğlu İlham Quliyev məlumat verib

Ötən ilin dekabr ayında Ermənistanda girovluqdan azad edilən Şahbaz Quliyevin anası Sənəm Quliyeva vəfat edib.

AzNews.az bildirir ki, bu barədə Qafqazinfo-ya mərhumun oğlu İlham Quliyev məlumat verib.

Xatırladaq ki, Şahbaz Quliyev Dilqəm Əsgərovla birgə 2014-cü ildə Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlar 2020-ci il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılması zamanı Bakıya gətiriliblər.

Bir müddət xəstəxanada müalicə aldıqdan sonra evlərinə buraxılmışdılar. Sosial şəbəkələrdə Şahbaz Quliyevin anası ilə görüşünü əks etdirən videogörüntülər də yayılmışdı.