Cəsarət Valehov açıqladı Cəsarət Valehov açıqladı
  • Toplum
  • 26 Yanvar 2021 11:28
  •  4 956

Müəllimlərin vaksinasiyası məcburidir?

Cəsarət Valehov açıqladı

"Heç bir təhsil işçisinin koronavirus əleyhinə vaksin edilməsində məcburetmə halı olmayacaq".

AzNews.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O xatırladıb ki, ilkin olaraq yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinasiya olunması tövsiyə edilir:

"Bakı, Abşeron və Sumqayıtda 16 min 698, bölgələrdə isə 32 min 657 müəllimin yaşı 50-dən yuxarıdır. Heç bir məcburetmə halı burada qeyd olunmayıb".