• Toplum
  • 25 Fevral 17:30
  •  2 349

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Operativ Qərargah məlumat yaydı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb,142 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

AzNews.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 770 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 299 nəfər müalicə olunaraq sağalıb, 3 209 nəfər vəfat edib. Hazırda 2 262 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 438, bu günə qədər isə ümumilikdə 2 576 545 test icra olunub.