Uşaqlara verilən nadir adlara da rast gəlmək olur Uşaqlara verilən nadir adlara da rast gəlmək olur
  • Toplum
  • 27 Fevral 2021 21:27
  •  7 444

Bu il Azərbaycanda doğulan 2 oğlan uşağına Ərdoğan adı verilib

Uşaqlara verilən nadir adlara da rast gəlmək olur

2021-ci ilin yanvar-fevral aylarında doğulan uşaqlara verilən adlar arasında Uğur və Zəhra adı üstünlük təşkil edir. Belə ki, 149 oğlana Uğur, 180 qıza Zəhra adı qoyulub.

AzNews.az xəbər verir ki, Ədliyyə Nazirliyindən verilən məlumata görə, oğlan uşaqlarına verilən adlar siyahısında sonrakı yerlərdə Hüseyn (147), Əli (141), Yusif (136), Məhəmməd (103) gəlir. Cari ilin 2 ayında qızlara verilən adların sırasında isə Aylin (139), Zeynəb (126), Fatimə (115, Məryəm (115) çoxluq təşkil edib.

Bu il Azərbaycanda doğulan 2 oğlan uşağına Ərdoğan adı verilib.

Qızlara qoyulan adların sıyahısında İkramat, Paria, Yeva, Mia, Rehina, Elin, İmamət, Tərbiyyə, Fəcrin, Aşurey, Abuhəyat, Dolunay, Tovuz, Alita, Suada, Leysan, Natilə, Həkimə, Dəclə, Maysa, Əminət, Balış, Saabxanım, Qəribə, Valya, Məkkə, Saray, Səlimət kimi nadir qeyd olunan adlar var.

Belə nadir adlara oğlanlar arasında da rast gəlmək mümkündür. Bu il doğulan oğlan uşaqlarına Qardaş, Bulud, İnşallah, Kainat, Əlyəsə, Cərgəz, Şirindil, Rantiq, Timofey, Buğday, Mixey, İsə, İnşalla, Müsənnif, Uran, Dərgah, Artyom, Söhbət kimi adlar qoyulub.

Həm oğlan, həm də qız adları siyahısında iki nəfər XXX adı altında qeydiyyata alınıb.(azvision.az)