Ölən və yaralananların şəxsiyyəti hələlik müəyyənləşməyib Ölən və yaralananların şəxsiyyəti hələlik müəyyənləşməyib
  • Toplum
  • 28 Fevral 2021 20:37
  •  5 333

Bərdədə 3 avtomobil toqquşdu, iki nəfər ölüb, yaralılar var

Ölən və yaralananların şəxsiyyəti hələlik müəyyənləşməyib

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az xəbər verir ki, hadisə Yevlax - Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonu Samux kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Vaz -2106", "Vaz-2107" və "Haval" markalı avtomobillər toqquşması nəticəsində 2 nəfər ölüb, bir necə nəfər isə ağır xəsarət alıb. Ölən və yaralananların şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı araşdırma aparılır.(trend)