"Bu işə Tarif Şurası baxır" "Bu işə Tarif Şurası baxır"
  • Toplum
  • 2 Mart 2021 15:15
  •  5 274

"Azərişıq” və “Azəriqaz”da qiymətlər bahalaşır? - AÇIQLAMA

"Bu işə Tarif Şurası baxır"

Son günlər Azərbaycanda əsas müzakirə mövzusu qiymət artımları ilə bağlıdır.

AzNews.az xəbər verir ki, sudan istifadəyə görə tariflərin dəyişməsinin və ödənişlərin artırılmasının elektrik enerjisi və mavi yanacağın da qiymətinə təsir edəcəyi barədə fikirlər yaranıb.

Məsələ ilə bağlı Qazet.az-a açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov bildirib ki, hazırda qiymətdə dəyişiklik yoxdur.

“Azəriqaz” İB tarif tənzimlənməsini həyata keçirmir. Bu işə Tarif Şurası baxır. Məsələ Tarif Şurasının səlahiyyətləri daxilindədir”, – deyə C.Səfərov qeyd edib.

“Azərişıq” ASC-nin Mətbuat katibi Vaqif Aydınoğlu da qiymət artımı ilə bağlı heç bir müraciətin edilmədiyini söyləyib.