"Veteranlar haqqında" qanun dəyişir "Veteranlar haqqında" qanun dəyişir
  • Toplum
  • 13 Aprel 2021 13:36
  •  157 687

Səfərbərlikdən savaşa gedənlərə şad xəbər

"Veteranlar haqqında" qanun dəyişir

Sənədləşdirmə prosesinin asanlaşdırılması məqsədilə müharibə veteranları barədə vahid informasiya bazası yaradılır.

Trend-in məlumatına görə, bununla əlaqədar Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Veteranlar haqqında” qanuna dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən, qanunun 3-cü maddəsinə (Müharibə veteranları) yeni bənd əlavə olunur.

Yeni bəndə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Müharibə veteranlarının reyestrinin hazırlanmasında əsas məqsəd hazırki tarixədək verilmiş və bundan sonra verilə biləcək statuslar əsasında müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və müharibə veteranları barədə vahid informasiya bazasının yaradılması, müvafiq məlumatların toplanılması, saxlanılması və axtarışının avtomatlaşdırılmasının təmin edilməsidir.